Sentyabrda ermənilər 6 azərbaycanlını işgəncə ilə öldürüb

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib.

Sabahinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırmalar davam etdirilir.