Separatçılar Laçın dəhlizinə buraxılmadı

Xankəndidə olan separatçılar (özlərini “deputat” adlandırırlar – red.) Laçın dəhlizinə keçməyə cəhd ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məlumata görə, onlar Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlılar tərəfindən saxlanılıb:

Onlara bildirilib ki, Laçın dəhlizinə heç kimin buraxılmamasına dair yuxarı komandalıqdan göstəriş var.