Şirvanda cari ilin 6 ayında görülən işlər müzakirə olundu

29.07.2022-ci il tarixində Şirvan şəhərində bu ilin 6 ayında görülən işlər, sosial-iqtisadi inkişafın yekunları müzakirə olundu. Şəhər İH -nin başçısı hörmətli İlqar Abbasovun məruzəsi dinlənildi. 

Şəhərimizdə görülmüş işlərdən danışıldı, görüləcək işlər tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Daha sonra məruzə ətrafinda çıxışlar oldu, müzakirələr aparıldı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəkin çıxışından irəli gələn məsələlərə toxunuldu.

Ölkəmizdə xarici və daxili siyasətdə uğurlu işlərimiz davam edir. Ölkəmizin beynəlxalq nüfuzu artır. Azad olmuş torpaqların bərpası, iqtisadiyyatda sənayeləşmə, liberallaşma davam etdirilir. Artıq böyük qayıdışa start verilib. Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlər köçürülüb. İstər ölkəmizdə, istərsə də Şirvan şəhərində görülən işlər qarşıya qoyulan bütün hədəflərə nail olacağımıza əsas verir.

İltizam Yusifov

Milli Məclisin deputatı