Siyasi partiyalarda Qurultay həyəcanı

2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalarda Qurultay keçiriləcək. SABAHİNFO.AZ xəbər verir ki, artıq bununla bağlı siyasi təşkilatlarda iş aparılır. Partiya sədrlərinin dəyişməsi ehtimalının az olduğu qurultaylarda nizamanamədən irəli gələn məsələlər öz həllini tapacaq. 

Qeyd edək ki, ötən müddətdə BAXCP-də Qurultay keçirilmiş və Qüdrət Həsənquliyev yenidən partiyanın sədri seçilmişdir.