TƏBİB-dən suçiçəyi ilə bağlı ÜST-ə MÜRACİƏT

“Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”.

APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib.

O bildirib ki, bu peyvənd digərləri ilə nisbətdə bahalıdır:

“Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması olduqca zəruridir. Çünki bu virus hazırda ölkəmizdə uşaqlar arasında geniş yayılıb. Azərbaycanda peyvəndlərlə əlaqədar mövcud vəziyyətə baxdıqda sözügedən peyvəndin milli peyvənd təqviminə salınması əhəmiyyətlidir”.