Türkiyənin dörd bölgəsində sakinlərə xəbərdarlıq edildi

Türkiyənin bəzi bölgələrində hava xəbərdarlığı edilib.

Şərqi Qaradəniz bölgəsi, Aralıq dənizi sahilləri, Cənub-Şərqi və Şərqi Anadoluda leysan gözlənilir.

Şərqi Qaradəniz bölgəsinin daxili hissələri, Mərkəzi Anadolunun şərqi və Şərqi Anadolunun şimal hissəsində güclü qar yağacağı bildirilib.

Mərmərə və Egey sahillərində güclü küləklər, Cənub-Şərqi Anadoluda toz dumanı təsirli olacaq.

İnsanlar sel, ildırım, dolu və fırtınalara qarşı diqqətli olmağa çağırılıblar. Nəqliyyatda gecikmələrin olacağı bildirilib.

Şərqi Qara dəniz bölgəsinin daxili hissələrində və Şərqi Anadolunun maili və yüksək hissələrində uçqun təhlükəsi xəbərdarlığı edilib.