Ülvi Quliyev başçı ilə vətəndaş qəbulu keçirdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaq tapşırığına uyğun olaraq, Yasamal rayonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ilə rayon sakinləri üçün növbəti səyyar qəbul keçirdik.Görüşdə Yasamal sakinlərinin problem və qayğıları ilə maraqlandıq və onları öz təklif və şikayətlərini birbaşa bildirməyə dəvət etdik.Söz alan vətəndaşlar rayon ərazisində su, qaz, işıq təchizatı, infrastruktur, ekoloji məsələlər, həmçinin məhkəmə icra, səhiyyə, sosial təminat və digər məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.

Ülvi Quliyev
Milli Məclisin deputatı