Vasif Talıbovun uğurlarına kölgə salmaq istəyənlər.....

Azərbaycanın elə bir regionu olmasın ki, orada olmayım. Yaradılan şəraitlə tanışlıq, vətəndaşların yaşayışı və regionların inkişafı ilə bağlı kifayyət qədər məlumatımız var və biz bu məlumatları geniş ictimayyətlə bölüşürük. Azdan-çoxdan hamının da görülən işlərdən xəbəri var. Lap elə ucqar kəndlərimizdə yaşayanların belə....

Ölkə gündəmini izləyərkən Naxçıvanda baş verən hadisələr diqqətdən kənarda qalmır. Müəyyən rəsmi məlumatlar da var. Ancaq sosial şəbəkə qəhrəmanlarının, xüsusən Avropada oturub hər zaman dövlətimizə və dövlətçiliyimizə qarşı qara piar aparan, görülən işlərə müxtəlif don geyindirənlərin Naxçıvan və xüsusən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov barəsində dedikləri, onun ailə üzvləri barəsində yazdıqları adamda ikrah doğurur.

Qəribə tendensiya əmələ gəlib. Bizdə yıxılana balta vurmaq, ömrü boyu dövlətinə və dövlətçiliyinə sadiq olmuş, Ümumilli lider siyasətini yaşadanları, bu yola sadiq olanları nədənsə tez harcamaqla yanaşı onların bu dövr ərzində gördüyü mühüm işləri tez unuduruq. Bu unutqanlıq, bu etinasızlıq isə səmimi deyim ki, bizə heç nə qazandırmır. Yuxarıda sadaladım ki, bütün regionlarda olmuşam. Bir region istisna olmaqla.... Mən Naxçıvanda heç avaxt olmamışam. Qələm əhli kimi Vasif Talıbovla görüşmək imkanlarım olmayıb, onun ailə üzvlərinin fəaliyyəti barəsində mətbuatda olan məlumatlar və Naxçıvandan olan dostlar barəsində məndə müsbət fikir formalaşıb. Bu yazıda yer alanlar da məhz formalaşan fikirlər əsasında əmələ gəlib.

Məsələ nədir? Deyirlər Naxçıvanda gestapo rejimidir. Vasif Talıbovun qadağaları var. Vətəndaşlar yaxşı yaşaya bilmir və.s.

Apardığım aradşdırmalar nəticəsində gəldiyim qənaət isə ondan ibarətdir ki, heç də Naxçıvanda həyat və fəaliyyət deyildiyi kimi deyil. Əksinə Naxçıvanda inkişaf var. Bu inkişafda isə mədəniyyət, iqtisadi inkişaf, təbbi nəaliyyət, təhsildə uğur öz əksini tapır.

Heç bilirdinizmi Naxçıvan Dövlət Universiteti Azərbaycanda ən çox xarici tələbə qəbul edən Ali Təhsil müəssisələri arasındadır? Hər il bura daxil olmaq üçün nə qədər xarici tələbə müracət edir? Məgər bu nəaliyyət asan əldə olunubmu? Və onu da bilirsinizmi Azərbaycanda yeganə Ali Təhsil ocaqlarındandır ki, verdiyi diplomlar Türkiyədə tanınır? Güman edirəm bunu çoxu bilmir. Ancaq araşdırmalar onu deməyə əsas verir ki, məhz bu amilin əldə olunmasında siyasi iradə, peşəkarlıq və yüksək nəticə lazımdır. Bu isə elə belə havadan formalaşmayıb. Təhsildə inkişaf Vasif Talıbovun bir nömrəli vəzifələrindəndir ki, Ali Məclis sədrinin rəhbərliyi ilə bu yöndə ciddi uğur qazanılıb.

Keçək digər məsələyə. Statistikaya baxın. Dünyanı cənginə alan COVİD 19 virusunun yayılmadığı yer, region qalmadı. Ölkəmizdə bu istiqamətdə Cənab Prezidentin həyata keçirdiyi işlər nəticəsində Azərbaycan bu virusdan ən az əziyyət çəkən ölkə oldu. Ancaq Naxçıvanda COVİD 19 virusuna yoluxan demək olar ki, olmadı. Həyata keçirilən işlər nəticəsində Muxtar Respubliak vətəndaşları bu sınaqdan üzüağ çıxdılar.

44 günlük Vətən müharibəsində fəal iştirak edən regionlardan biri də Naxçıvan olub. Naxçvandan gələn şəxsi heyətin cəbhədə göstərdiyi şücaət qazanılan qələbədə xüsusi rola malikdir. Ancaq siz bilirmisiniz ki, həmin o 44 günlük müharibədə Vasif Talıbov nə kimi işlər görüb?  Bakıda yaşayan naxçıvanlılar Naxçıvan şəhidlərinin nəşini çiyinlərində Muxtar Respublikaya yola salıblar. Eyni zamanda orduya dəstək üçün əməli addımlar atıblar və bunu heç zaman heç yerdə nə reklam ediblər və sosiallaşdırıblar...

Və bu gün Naxçıvanda şəhid ailələri, qazi və müharibə veteranlarına yüksək diqqət və qayğı var. Bu qayğı nəticəsində sadaladığım kateqoriyadan olan insanlar dövlətimizin qayğısını hiss edirlər.

Naxçıvanda gənclər siyasəti, məşğulluq və turizmin inkişafı eləcədə digər sahələrlə bağlı kifayyət qədər məlumat vermək olar. Sadəsə bu yazını qələmə almağımızda məqsəd görülən işlərə kölgə salmamaq, edilən işləri unutmamaqdır. Vasif Talıbovun ünvanına dünənə kimi söz deməyə cürət edə bilməyənlər bu gün sosial şəbəkədə ağzına gələni yazmaqla heç nə dəyişməyəcək. Şəxsiyyət Şəxsiyyətdir!

Hökumətin həyata keçiryi işlərə kiminsə mövqe bildirmək haqqı və hüququ yoxdur. Bu işlərdə edilən mülahizələr də boşdur. Səbirli olaq gözləyək. Rəsmi məlumatlar bizə hər şeyi deyəcək....

P.S. Onu da bilin ki, məhz Vaif Talıbovun rəhbərliyi ilə Naxvanda daim öz istək və arzularını həyata keçirməyə maraqlı olan İran, eləcədə Ermənistan və digər bizi gözü gütürməyən qüvvələrə qırımızı işıq yandırılıb.

Ədil Ədilzadə
SABAHİNFO.AZ saytının baş direktoru