Vətən müharibəsi şəhidinin atası vəfat edib

Vətən müharibəsi şəhidi Toğrul Hacıyevin atası dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, bu barədə şəhidin yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilib ki, şəhidin atası Siyavşah Hacıyev Göyçay rayonunda vəfat edib. Mərhum bu gün rayonun Çayarxı kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü şəhid Toğrul Hacıyev Göyçayın Çayarxı kəndində anadan olub. 2020-ci il oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.