YAP-30 il dövlətçilik uğrunda -İbrahim İbrahimli

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev tərəfindən xalqı bəlalardan xilas etmək məqsədilə yaradıldı.

Məlum olduğu kimi, noyabrın 21- Yeni Azərbaycan partiyasının təsis olunması günüdür. Düz 30 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın- YAP-ın yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup  Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir. 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası onun qeyd etdiyi kimi dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu partiya Azərbaycana parlaq gələcək vəd edir.

Partiyanın sədri, möhtərəm cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, güclənir, nüfuzu yüksəlir. Əsasında uğurlu siyasət duran Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda ən böyük və alternativsiz partiyadır.

İbrahim İbrahimli
“Bir Təbəssüm” Gənclər Birliyinin Sədri, ictimai fəal