Zelenski NATO sammitində onlayn iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitinin ilk sessiyasında onlayn çıxış edəcək.

Bu barədə Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva bildirib.

“Ukrayna Prezidenti onlayn rejimdə sammitdə iştiraka dəvət olunub. Ukrayna Prezidenti bu sammitin birinci sessiyasında, yəni NATO üzvü ölkələrinin 30 liderinin hamısının iştirak etdiyi ilk təsis sessiyasında çıxış etmək üçün dəvət alıb”, - deyə Jovkva bildirib.

Jovkva həmçinin Prezident Zelenskinin gələn həftə G-7 sammitində də onlayn iştirak edəcəyini bildirib.