82 aptekdə nöqsanlar aşkarlandı

2022-ci ildə ümumilikdə 361 əczaçılıq müəssisəsində plan üzrə və plandankənar nəzarət yoxlaması aparılıb.

Sabahinfo.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, keçirilən nəzarət yoxlamaları nəticəsində dövlət qeydiyyatı və sertifikatı olmayan 128 adda 285 qutu dərman vasitəsi apteklərin məsul şəxslərinin imzalı razılığı ilə satışdan çıxarılaraq saxlanca götürülüb, nöqsanlar aşkarlanan 82 əczaçılıq müəssisəsinə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokol tərtib edilib.