"Mütləq “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasına ehtiyac var. İnanıram ki, yay dövründə də bu qanun üzərində işlər gedəcək və payız sessiyasında qəbul olunacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda övladsız ailələrin sayı çoxalır: "Bu istiqamətdə dağılan ailələrin sayı da artır. Qardaş Türkiyənin təcrübəsindən demək istərdim ki, iki dəfə tibbi sığorta bu ailələr övlad sahibi olması istiqamətində dəstək ala bilirlər. Üçüncü dəfə isə tibbi sığortadan yarı dəstək göstərilir, qalanını isə vətəndaş ödəyir. Bizdə isə bir dəfə də olsun belə dəstək alınmır. Ona görə ki, icbari tibbi sığortaya daxil deyil. Həddindən artıq baha əməliyyatlardır. Hətta orta yaşayış səviyyəsində malik olan insanlar üçün ağırdır. Bizə müraciət edənlər də dəstək istəyirlər ki, qanun qəbul olunsun, icbari tibbi sığorta ilə həllini tapsın".