“Barselona” ilk yay transferini reallaşdırmaq üzrədir.
Kataloniya klubu “Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğanla anlaşıb. “Barsa” transferi açıqlamaq üçün İngiltərə klubunun Çempionlar Liqasında sabah “İnter”ə qarşı final oyununu keçirməsini gözləyir. Gələn həftə 32 yaşlı yarımmüdafiəçinin keçidi elan ediləcək.
“Barselona” “Mançester Siti”nin kapitanı ilə üç illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən Almaniya millisinin üzvü ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 50 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.