Mayın 29-u ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib. Dolların məzənnəsi dəyişməyib, avro isə ucuzlaşıb.
Sabahinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyunun 1-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0494 (mayın 29-u 1.0494) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1493 (mayın 29-u 1.1498) manat olub.