Səudiyyə Ərəbistanı neft qiymətinin qaldırılmasına hazırdır. Bu barədə krallığın neft naziri Əli əl-Naimi bildirib.
Lakin o bunun yalnız digər OPEK ölkələri də eyni davaranacaqları təqdirdə edəcəklərini deyib.
"Dəqiq prinsiplər və yüksək şəffaflıq qorunarsa eləcə də (nefti) eksport və import edən əsas ölkələr bunda iştrak edərlərsə krallıq əvvəlki kimi neftin qiymətini artırmaqla bazara stabillik gətirilməsinə kömək etməyə hazırdır. Beləliklə Ər-Riyad və ya Fars körfəzinin digər ölkələri və ya OPEK ölkələri bunu tək olaraq üzərinə götürməməlidirlər”, - deyə nazir bildirib.
Bundan əvvəl Əli əl-Naimi dünya tələbatının artımı fonunda Səudiyyə Ərəbistanının neftin nəhəng ixracatçısı olaraq Asiyaya may nəqlində qiymətləri qaldıracağı barədə xəbər vermişdi. Onun sözlərinə görə neftə olan tələbat çoxalır və təmsil etdiyi dövlət istənilən müştərinin tələblərini yerinə yetirməyə hazırdır. Əli əl-Naimi bildirib ki, krallıqda neft hasilatı günə 10 milyon barelə çatıb. Analitiklər kəskin qiymət düşüşünü bazarda mayenin çox olması ilə əlaqələndirirlər. Bundan sonra 2014-cü ilin 27 moyabr tarixindən bu yana OPEK ölkələrinin hasilatı günə 30 milyon barel səviyyəsində saxlamaq qərarı neft qiymətinin düşməsini tezləşdirib. Artıq 2015-ci ildə Brent markalı neftin qiyməti 45 dollara endi.