Şərif Ağayar: Əlim dinc durmadı bir dəfə, müharibədə
itkin düşən qohumumun adını "gugl"da axtarışa verdim, öz yazımda
tapdım.
**
Fazil Mustafa: Tanınmış bir şairə
münasibətimi sordular. Söylədim ki, Azərbaycan xalqının böyük şairidir. Ancaq mənim ədəbi zövqümün şairi deyil.
**
Kamran Əsədov: "Kommunist"
qəzeti, 21 iyun 1957-ci il:
Fransa zəhmətkeşləri onların
faşizm əsarətindən xilas edilməsi uğrunda qəhrəmanlıqla vuruşan azərbaycanlı
partizanları unutmurlar. Rodez qəbiristanlığındakı matəm mitinqində çıxış edən
polkovnik Rişard fransız xalqının Azərbaycan xalqına qarşı məhəbbətini belə
ifadə etmişdi: "Fransızlar azərbaycanlı hərbi əsirlərin igidliyini
unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəkdir ki, bu
yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan azərbaycanlı
dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını
əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs
ziyarətgah olacaqdır. Həlak olanların qəhrəman obrazı əbədi olaraq qəlbimizdə
yaşayacaqdır".
**
Nazim Bəydəmirli: Mənim bir hacı dostum var idi
İranda, deyirdi ki, kaş mən qəpik pulun üstü ilə altının (oryol və reşka) heç
fərqini bilməyəcək qədər savadsız olardım..o zaman xoşbəxt olardım..
P.S. Çox bilmək və ya hər şeyi dərindən düşünmək insan övladını xoşbəxt
etmir..illah ki, ədalətsiz cəmiyyətdə yaşayasan..
**
Emin Piri: "Belə baxıram, şəhər uşağı
olsam da ömrüm kəndlərdə işləməklə keçib. Ağdam, Balakən, Yevlax, Siyəzən, Xızı
kəndləri... Gələcəyi də Allah bilir haralarda olacam hələ"
**
Rəşad Məcid: "Laçın itirilmişdir!”...
Hərbi diktorun 1992- ci ilin mayında dediyi bu çümlə bütün kədəri , ağrısı ,
əzabı ilə yadımdadır! Hərdən beynimdə oyanır, təbəssümümü üzümdə dondurub
boğazımda qəhərə dönür, bütün həyatımı alt-üst edib, miskinliyimi yada salıb
gedir..."
**
Elşad Məmmədli: "Hətta ən çətin, ən dar,
ən problemli anda belə düşünün ki, qarşıda hər şey yaxşı olacaq. Bəlkə qarşıda
heç də hər şey yaxşı olmayacaq. Amma siz belə köklənməklə bu gün, sabah... və
həmişə özünüzü yaxşı hiss edəcəksiniz, depressiyaya düşməyəcəksiniz, qarşıda
olanları da vecinizə almayacaqsız... Öyrəşəcəksiz..."
** Hacıbəy Heydərli: "Həqiqətən də bu Şəbnəmə ayrılan pullar Tovuzun Turan klubuna ayrılsaydı, Çempionlar Liqasının qalibi olardı..."
**
Rey Kərimoğlu: Əziz şəhid ailələri və Qazi (yəni Qarabağ əlilləri) qardaşlarımız!
Bildiyiniz kimi, 2001-ci ildə
Şəhid ailələrinin, Qarabağ əlillərinin və müharibə iştirakçılarının kommunal və
nəqliyyat güzəştləri ləğv ediləndə onların əvəzinə hər 3 təbəqəyə kompensasiya
verilirdi. Son vəziyyət belə idi: 55 manat müharibə veteranlarına, 13 manat
şəhid ailələrinə, 11 manat isə Qarabağ əlillərinə (pensiyalarının üstünə
hesablanırdı) verilirdi. Müddətdən Atıq Xidmət edən Qarabağ əlilləri isə bunu
almırdı. O cümlədən pensiyaya çıxan müharibə veteranlarının da 55 manatı
kəsilirdi.
Azərbaycan
prezidentinin 2019-cu il 25 fevral tarixli fərmanı ilə 55 manat 80 manat oldu
və pensiyaya çıxan bütün müharibə iştirakçıları bu 80 manatı alacaq. Bunun üçün
onlara ayrıca 80 manat məbləğində Prezident Təqaüdü təyin edildi. Çox sevindik
və prezidentin bu addımını alqışladıq. Və təşəkkürümüzü bildirdik.
Amma Şəhid ailələri və Qarabağ
əlillərinin kommunal və nəqliyyat güzəştlərinin əvəzinə müəyyənləşmiş
kompensasiyasının məbləği qaldırılmadı. Bizə verilən şifahi rəsmi məlumata
görə, Şəhid ailələrinin pensiyasının üstünə əvvəlki kimi 13, Qarabağ
əlillərinin pensiyalarının üstünə isə 11 manat gələcək. Səbəb kimi də
göstərilir ki, Şəhid ailələrinin və Qarabağ əlilləri Prezident Təqaüdü alır və
onun məbləği 70 manat artırılıb.
Biz Qarabağ qaziləri olaraq
düşünürük ki, bu ədalətsizlikdir! 80 manat kommunal və nəqliyyat güzəştlərinə
görə nəzərdə tutulan 80 manat bütün Şəhid ailələrinə, Qarabağ əlillərinə, o
cümlədən 20 yanvar əlillərinin hamısına verilməlidir! Niyə ayrı-seçkilik
olmalıdır?
Dövlətimizin bu təbəqəyə
göstərdiyi diqqət və qayğının üstünə kölgə salmaq niyyətimiz yoxdur. Xüsusi ilə
hörmətli Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri kimi müsbət
mənada fəaliyyəti həmişə diqqətimizdədir. Onu da qeyd edim ki, Şəhid
ailələrinin, Qarabağ və 20 yanvar əlillərinin, müharibə veteranlarının
hüquqların qoruyan təşkilatların nazirlik qarşısında qaldırdığı bir çox məsələlər
həll edilib, bir hissəsi isə yüksək səviyyədə müzakirə edilir.
Amma bu məsələdə (80 manat)
ədalətsizliyə yol verildiyi qənaətindəyik! Son günlərdə rəsmilərlə aparılan
görüşlərdə də bu narazılığımızı və arzularımızı dilə gətirmişik.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyində, Prezidenti Administrasiyasında bu işlə məşğul olan,
əziyyət çəkən hər kəsə minnətdarlığımız bildirməklə yanaşı yuxarıda qeyd edilən
ədalətsizliyə narazılığımız da ifadə edirik!
Və xahiş edirik məsələni
yenidən müzakirə edib cənab Prezidentin diqqətinə çatdırasınız.
**
Elçin Əlibəyli: "Parisdə baş verən yanğını
bir bəşəri mədəniyyət abidəsinin məhv olma təhlükəsi kimi dəyərləndirmək
lazımdır. Bu, artıq Fransanın deyil, insanlığın yaratdığı bir incidir. Fransaya
qarşı mən də sizi kimi olduqca qəzəbliyəm. Türklərə qarşı nifrət və hay sevgisi
məni biganə qoya bilməz. Bir neçə məqamda öz səhvlərimizi də etiraf edək:
1. Bütün başqa Avropa ölkələrindən fərqli olaraq fransızlar bura işğala, talana
yox, öyrənməyə gəlmişdilər;
2.Versalda bizim mövqeyimizi məhz Fransa dəstəkləyirdi;
3.Azərbaycan mühacirləri məhz orada(!) özlərinə sığınacaq tapdılar;
4. Haylar güclü diaspor qurduqları halda, yüzlərlə soydaşımız orada
fransızlaşdı və sözümüzü deyəcək təşkilat olmadı;
5. Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyevadan başqa heç kim fransızlara
gerçəyimizi çatdırmağa cəhd etmədi, əksinə bəzi səfirlər orada özünə mülk
almaqla işini bitmiş saydı;
6. Yalnız dövlət səviyyəsində Fransada tədbirlər, sərgilər keçirildi, ayrı-ayrı
fərdlər az iş gördülər. Toğrul Nərimanbəyov Şarl Aznavurdan qat-qat böyük idi
və təkcə o yox, bir çox bu miqyasda adamlar daha böyük işlər görə bilərdilər.
Amma baxın, Parisdə Şarl Aznavur son mənzilə necə yola salındı, Toğrul
Nərimanbəyov necə? Onu haylar təşkil etmişdi, biz isə olduqca biganə qaldıq.
Sonda yenə böyük Üzeyir bəyin "Biz nə tövr iş görürük" felyetonunu
yadınıza salmaq istərdim".
Mən Hüqo deyiləm və İrəvanda olan Göy məscid, Dəmirbulaq məscidindən heç bir əhvalat yaza bilmərəm. Dəmirbulaq məscidi mənim 10 yaşım olanda haylar tərəfindən yandırıldı və mən bunu gözlərimlə gördüm. Havadarlarından biri də Fransa idi! İndi fürsətdir bu yanğına dəstək kimi Parisdə meydana çıxaq, bir əlimizdə də 1988-ci ildə hayların yandırdığı məscidin şəkli. Bax bu olar iş!