Gülsadə İbrahimli - Gəl tut əllərimdən yaxın dost kimi

Gülsadə İbrahimli 1986-cı ildə Naxçıvan MR-nın Culfa rayonunun Dizə kəndində doğulub. Gəncliyindən şeirə maraq göstərmiş,ilk şeir kitabı IX sinifdə oxuyanda çap olunub. 2015-ci ildə bir illik Prezident təqaüdünə layiq görülüb. AYB-nin və AJB-nin üzvüdür

O KİŞİNİ SEVƏCƏM Yetişir ayrılıq dəmi, Nədir bu könlümün dilxor havası, Kefli dəmi? Yollarına saçlarımı kölgə etdiyim kişi, Yavaş-yavaş bitir bu sevdanın Qeyib ölkədə işi. Xəyallar qalır geridə Verilib tutulmamış sözlər, Birdə köhnə sevdalardan qalan, Təqvimini yeniləmiş bəhanələr. Sən get, Mən gedim.. Birazdan yola çıxar qurduğumuz xəyalların qatarı. Mən yenə o qatara minəcəm, O yolları gedəcəm, Oxuyacam yolluq kitablarımı Və yenə o kişini Sevəcəm.

TƏKSƏN

Çəkib qapını, Gün işığına həsrət qoymaq var ardında olanları, Öldürmək var birdə içində qalanları. Məsələn ürəyindən başla, Məsələn fikirlərindən, Duyğularndan, Olmadı şah damarından. Bir yerdən başla öldürməyə içində insanları. Çoxaldıqca yaraları, İrinləyəcək ,iylənəcək ruhun yavaş- yavaş. Kimi qurşağına qədər adamdı, Kimi qurşaqdan yuxarı. Öldür, Öldür içindəki yarımmənsil adamları. Boğulursan içindəki çoxluqdan, Diş batırır ətinə düşüncələr, Şübhələr. Canın acıyar, Çəkərsən arsız- arsz selfilər, Paylaşarsan yağar təriflər... Xoşbəxtlik bu qədərdi, Yalnızlıqsa əzbərdi,əzbər... Himni yerinə bunu öyrənmişik məktəbdən, Elə ilk zəngdən, Elə son zəngdən... Ehhhh, içimdə

GEDİRƏM MƏN

Gedirəm mən, Çırpmıram ürəyinin qapısın Sındırmıram ümidlərinin pəncərəsin sən sayağı, Sadəcə gedirəm. Yumub gözlərimi göz yaşlarımın azadlığı xətrinə, Alıb ümidlərimi dilindəki yalanların əlindən, Gedirəm canım,daha içdən, Daha dərindən. Bilirəm,boylanmayacaqsan arxamca Baxışımı əkməyəssən ləpirimə,izimə. Getməyimi gözləmədən gedəcəksən, Görünmədən gözümə. Gedirəm, Qırılacaq əllərimi qandal bilən əllərinin zənciri. Donuq gülüşlərinə bahar gələcək, Daşa dönmüş lal sükutun kim bilir Hansı masada, Hansı otaqda, Hansı yataqda dinəcək. Oxşanacaq üzümə qıymadığın baxışların, Sevgisiz baxışlarla. Ovunassan səni məndən təmizləyən Qoyunlarla,ağuşlarla. İçib-içib masalarda səhəri açacaqsan, Mən yadına düşəcəm Sənsə sırf mənə inad Məni sənə danacaqsan. Gedirəm, Səndən, Özümdən, Evindən. Toplayıb ümidlərimi yol çantamın cibinə, Gedirəm həyatından. Yaxşı bax üzümə, Yollarına düşəcəyin bu qadını sən çıxarma yadından. əki mən Öldür anlamsız insanları içindən Və anla ki, özüm qədər təksən.

ÖP

Öp sevdiyim əl içimdən, Ovuclayım əlimdə dodağının izini. Gül nəfəsin oxşasın, Saçımın hər telini. Öp sevdiyim gözümdən, Küyə düşsün baxışım, Ceyran balası kimi. Öp sevdiyim üzümdən , Al-al olsun yanağım dağın lalası kimi. Öp sevdiyim dodaqdan Və mən alışım,yanım İlk dəfə öpülən bir tələbə qız kimi.

SONLAR Ən son nə zaman baxmısan göy üzünə, Ən son nə baxmısan evindəki Qadınının gözünə? Ən son nə zaman ürəyini qatmısan 99% i yalan olan bir vurğuluq sözünə? Düşün dostum, Sonunu düşünmədiklərimizdi gözdən salan sonları, Nə zaman anlamısan ulduzlaşan qızları? Nə zaman gülmüsən bir qocanın üzünə ötən gəncliyi kimi? Nə zaman öpmüsən bir fahişəni əri kimi, Ən uzağındakı ən doğma biri kimi? Nə zaman...? Sonunu düşünmədən yaşayırıq hər şeyi, Şüurunu sıfırlamış ağılsız dəli kimi. Həyat bir qız uşağının arzusu tək məsumdur, Tanrı düşündüyümüz qədər gizli deyil, Vicdanlarımız səssiz, Qaranlıqlar dibsiz... Bir iynə ucu işığının başlandığı yer qədərdi Qaranlığın bitişi. Birinin sənə gəlişidir önündə durduğunun gedişi. Vicdan dediyimiz Tanrının özüdür a kişi. Hər son bir sonsuzluqdur doğrusu, Hər şey kimi sonlarında sonu yox.

VAĞZAL

Gəl tut əllərimdən yaxın dost kimi, Öpüm baxışından,yola sal məni. Yetişir ayrılıq dəmir yol üsdə, Yol boyu uzanır yetim xəyallar, Topla uzaqlardan,ələ al məni. Bir baxış borc olsun Bir söz yadigar. Çox,çox,çox uzaqlara çapar bu qatar. Yaman ayrılığa tələsmişik biz, Necə də dözümsüz çıxdı dərdimiz. Duyulur vağzalda bir qızın səsi, "Qatar yola düşür Sərnişinlərimiz!" Üzülmə, Bir xəyal salla sən qatar dalınca, Təsadüf sevginin yolçusuyuq biz. Bəlkə, Bəlkə, Bəlkə nə vaxtsa Kəsişdi təsadüf görüşlərimiz. Dəli sevgisindən itkin düşdüyüm O kişi bir oğlan atası olar, Mənim saçlarımda səndən yadigar Taleyi naməlum ağ telim qalar.

HƏYAT

Eyni nota dəfələrlə basmaq kimdir Həyat, Və bir müddət sonra sevirsən Bu anlamsız musiqini. Bəzən səbəbsiz diblərə vurmaq, Və bəzən də ayağını yerdən üzüb uçmağı arzulamaqdır. Eyni fəsillərin sənin ömründə 4 dəfədən bir təkrarıdır, İllərin,fəsillərin duelidir həyat. İpdən asılmış kuklalara bənzəyirik, Həyat tamaşasıyla aldadılıb,həyatın tamaşasına dönürük. Fərqi yoxdur Cəhənnəm atəşi olsaq da, Solğun yanan şam da, Sonunda sönürük. Süz bir qədəh şərab, Aç gecənin pəncərəsin Üşüsün dodağında yalan. Aç bir musiqi,oxusun TEOMAN... Və sən Tanrının uydurduğu yalana inan. Xatirələrini xatırlaya-xatırlaya, Xatirələşir insan. Aç gecənin pəncərəsin, Üşüsün dodağında yalan.

YAŞASAMMI SƏNİ Tanrının unutduğu bir anımsan, Yaşasammı səni? Suallar içindəyəm, Tamamlanmamış cümlə kimi, yarım qalıb düşüncələrim. Xəyallarla gərçək arasında unuduram varlığımı, İtirirəm ağlımı. Yıxılır bütün qanunlar, Qaydalar Kiçilir gözümdə cəhənnəmlik günahlar. Azıram, Acıyla şirin arasında azıram. Sənə çıxır bütün döngələr, Səndə bitir bütün qovuşmalar, Sevişmələr... Özümü səndə tapıram. Kəpənək ömürlü bu dəli sevgi, Yaşanmaz bilirəm doydum doyunca Ağrıyar sevgimiz yad bədənlərdə, Biz acı çəkərik ömür boyunca. Sənin məhəbbətin naməhrəm mənə, Mənim məhəbbətim qəlbinə yükdür Bilirsən, Bilirəm. Sən Tanrının imtahanı, Yer üzünə göndərdiyi günahsan, Ey insan! Sehrinə düşürəm, İnkar edirəm gecələr boyu bu sevgini özümə, Dikilir gözlərim ulduzların gözünə. Sadəcə onlara etiraf edirəm: Axı sevirəm. Sarılma ruhuma baxışlarınla Olmaz, Olmaz bu məhəbət Olmaz bilirsən, Nə olsun sevirəm Nə olsun sevirsən?!

ZİNDAN Bədənim ruhumun zindanı olub, Mənim zindanımın qardianı var. Sənin yatağında başqa bir qadın, Başqa bir qadın" dan "sən"i oğurlar. Oğurluq edirik bir- birimizdən, Mən" siz" dən,sən" biz" dən ,oğurlayırıq Bizlər xəbərsizik" biz" lərimizdən, Dünyanın ən yazıq oğrularıyıq.

BU GECE Bu gecə ağla mənim üçün, Ağla,kirpiyinin şehinə düşüm. Inandığım tək doğrudur kişinin gözyaşı. Ağla ümidsizliyimə, Ağla çarəsizliyimə, Ağla sənsizliyimə.. Tut əllərindən yalnızlığımın, Sinənə bas incinmiş qürurumu. Sarıl yaralarıma, Üşüyən duyğularımı nəfəsinlə isit ovuclarında. Hardasa yetim bir qadın Yetim qoyacaq övladın, Dəyiş bu tragediyanın adın. Sabah yeni bir gün Və mən bir gün qədər özümə uzaq, sənə yaxın. Arada məsafələr, Saniyələr yük olur divarda saadın belinə. Təqvimdə günlərim saralır Ömrüm boğazımda daralır... Və bir günəşin daha, üzü sənsiz qaralır.