TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
TÜRKPA-dan bildiriblər ki, Türkdilli ölkələrin Parlament Assambleyasının Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentarilərindən ibarət müşadəçi missiyası iyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Milli
Məclisin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi müşahidəçilər
missiyasının Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven, Konstitusiya
Məhkəməsinin sədri cənab Zühtü Arslan, Türkiyə xarici işlər nazirinin
müavini Naci Koru ilə görüşləri nəzərdə tutulub.
Seçki
günü TÜRKPA müşahidəçiləri seçki prosesini və mühitini müşahidə etmək
məqsədilə Ankarada bir sıra səsvermə məntəqələrini ziyarət edəcək.
Türkiyədə
keçiriləcək parlament seçkilərinin missiya tətəfindən
qiymətləndirilməsinə dair mətbuat konfransı 8 iyun 2015-ci ildə
keçiriləcək.