“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “Xəzərin qorunmasi üçün təşəbbüslər” layihəsinin qalibi olub.
İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, lahiyə üç ay müddətində, 01.06.2024 – 31.08.2024-cü il müddətində gerçəkləşəcək.
Layihənin əsas məqsədi ölkədə və eləcə də dünyada baş verən ekoloji terrorun, dənizin və dəniz ətrafının çirklənmənin, insan sağlamlığına, təbitə dəyəcək ziyanlardan uzaq olmaq, bunların qarşısını almaq üçün maarifləndirmə işi aparmaq və nümunə olacaq işlərə start verməkdir. Xəzər Dənizinin və dənizətrafı yerlərin çirklənməsinin, Xəzərdə üzən gəmilərin, qazma qurğularının, buruğların və digər sahələrin tullantılarının qarşısını almaqla dənizin fauna və florasının sualtı və suüstü sərvətlərinin qorunmasına, istismar olunmasına yardımçı olmaqdır.
Məlumdur ki, 1972-ci ildə Beynəxalq Dəniz Təşkilatı tərəfindən dəniz və okeanların, digər su hövzələrinin qəbul edilmiş müvafiq qərar və konvensiyası var. Azərbaycan BDT-nın üzvü olan ölkəklər sırasındadır. 1972-ci ildə tövsiyyə olunan, qərar olaraq qəbul olunan və bu günə qədər inkişaf etdirilən konvensiyalar Azərbaycan gəmiçiliyində də tətbiq edilir. Lakin əldə olunan əyani vəsait və maarifləndirmə üçün yazılı məlumatlar dilimizdə çox azdır. “DSD” İB-nin komanda heyəti layihə çərçivəsində bu vəsaitləri dilimizə çevirmək, kitab halında dərc etmək, və Roll-Ap vasitəsi ilə reklamını qurmaq, əsasən dənizçiləri və dəniz sahəsində çalışan insanları maarifləndirməyi gerçəkləşdirəcək. Layihənin icrasına cəlb olunacaq “DSD” İB-nin komanda heyəti öhdəlik götürdüyü sahə üzrə kifayət qədər təcrübəyə malikdi, bu sahədə davranış və bilikləri, tərəfdaşlarla münasibət qurma və nəzərdə tutulan işlərin və müqavilə ilə başa çatacaq xidmətlərin gerçəkləşməsi kifatər qədər peşəkarlıqla sonuclanacaq.
“Xəzərin qorunmasi üçün təşəbbüslər” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Lahiyənin rəhbəri “DSD” İB-nin sədri, peşəkar dənizçi, gəmi kapitan, şair Faiq Balabəylidir.
Tural Balabəyli
“DSD”İB -nin layihə üzrəAnalitik-İnformasiya Bölümünün rəhbəri