Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev son paylaşımı ilə diqqət çəkib.
"Cebheinfo.az" xəbər verir ki, siyasətçi paytaxtdakı tıxaclara etiraz edib.
Millət vəkili "Facebook" hesabında Bakıdakı tıxacları dünya ilə müqayisə edib:
"Bütün dünyada tıxac var və bizdən də yollarında maşınları çox olan ölkələr var. Amma maşınlar dayanmır, yavaş-yavaş hərəkət edirlər. Bizdə isə nə hikmətsə alınmır".