Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının son bir-neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.
DİN-dən Sabahinfo.az-a verilən məlumata görə, onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Həsənov Əlövsət Əlif oğlu, 1984-cü il təvəllüdlü Babayev Əhməd Sabir oğlu və 1985-ci il təvəllüdlü Hacıyev Elşad İbrahim oğlu ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.