Rusiya Ermənistanın simasında müttəfiqini itirməkdən qorxmur, Moskva və İrəvan yaxın olaraq qalır.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, son zamanlarda Ermənistan Rusiya münasibətləri kifayət qədər gərginləşib. Buna bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mediasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər, digər tərəfdən Ermənistan hökumətinin atdığı addımları səbəb olub.
Belə ki, bu yaxında Ermənistan hökuməti Roma statutunu parlamentə ratifikasiya üçün parlamentə göndərib. Xatırladaq ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunacağı təqdirdə Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. Moskva Ermənistandan bununla bağlı açıqlama tələb edib.
Bu gün başlayan Ermənistan-ABŞ birgə təlimləri də Rusiyanın ciddi narahatlığına səbəb olub. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina edərək ABŞ ilə birgə təlimlər keçirməsi Rusiya tərəfindən kəskin qınanılıb. Kreml bu hadisələri diqqətlə izləyəcəyini bildirib.