Gürcüstanın Şovi kurortunda təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları zamanı xilasedicilər daha dörd cəsəd aşkar ediblər.
Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində artıq altı nəfər ölüb. Hazırda 210 nəfər təhlükəsiz əraziyə çatdırılıb.
Əməliyyata 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cəlb olunub. Bu gün səhər saat 06:00-dan etibarən sərhəd xidmətinin iki helikopteri xilasetmə işlərinə cəlb olunub.
Qeyd edək ki, Şovi kurort zonasında torpaq sürüşməsi dünən baş verib.