Hacıqabulda Vətən müharibəsi şəhidlərinin medalları ailə üzvlərinə verildi

Sentyabrın 14-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında iştirak edərək şəhidlik zirvəsinə ucalmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 9 dekabr 2020-ci il tarixli Sərəncam ilə “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş bir qrup hərbi qulluqçuların medallarının ailə üzvlərinə təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Sonda Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə medallar təqdim olunub.