"İsrail səhv edib İrana hücum edərsə..." - Rəisi

"İsrailin İrana yeni zərbəsi yəhudi dövlətinin mövcudluğunu şübhə altına alacaq".

Adalet.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla İslam Respublikasının prezidenti İbrahim Rəisi çıxış edib.

Onun sözlərinə görə, İsrail səhv edib İrana hücum edərsə, “onun üçün tamamilə fərqli şərtlər yaranacaq və İsrail rejimindən nəyinsə qalıb-qalmaması bəlli deyil”.