Moskvada azərbaycanlı milyarderlərin bazarı yandı -VİDEO

Moskvada “Sadovod” bazarında yanğın baş verib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri  məlumat yayıb.

Bildirilir ki, hazırda bazardan insanların təxliyəsi həyata keçirilir. Məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. 

Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.