Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı övladları ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, bu haqda onun oğlu Yusifə aid olan instaqram səhifəsində yazılıb. İfaçının qızının fotosu yerləşdirilərək, onun atası ilə görüşdə ağladığı qeyd edilib.
"Betül atası ilə görüşdən sonra nəzarətçilərə "Nə olar, qoyun, atam mənimlə evə getsin, atamı buraxın. Nə olar" sözlərini deyib. Bizləri də ağlatdı" deyə, paylaşımda qeyd edilib.
Qeyd edək ki, tanınmış meyxanaçı Rəşad Dağlı qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.