Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərliyə yeni vəzifə verilib.
Sabahinfo.az xəbər verir ki, Roza Zərgər qızı Allahverdiyeva "Kanal S" televiziyasının Baş prodüseri təyin olunub.
Qeyd edək ki, "Kanal-S" 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı idi.Televiya kanalı 2022-ci ildən ümumrespublika yayımına başlayıb.
Xatırladaq ki, 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olub. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" adı dəyişdirilərək yenidən televiziya "Kanal-S" adlandırılıb. /Manset.az