Rusiya ordusu Donetsk vilayətində Blaqodatnoe kəndinə nəzarəti ələ keçirib.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, sözügedən kəndə nəzarət Donetsk istiqamətində uğurlu hücum əməliyyatı zamanı təmin edilib.
Xatırladaq ki, Rusiya ordusu daha əvvəl Donetsk vilayətində Soledar şəhəri, Krasnopolyevka və Dvureçiye kəndlərinə də nəzarəti ələ keçirib.