“Ailələrə Dayaq” xeyriyyə ictimai birliyinin “Milli dəyərlərlə ailə institutunun möhkəmləndirilməsi” adlı layihəsi yekunlaşıb.
Layihə çərçivəsində son tədbirlər iyulun 18-də Tovuz rayon Diyarşünaslıq muzeyində və Tovuz rayon Mərkəzi kitabxana sistemində tədbirlər keçirilib. Tədbirlərdə auditoriyanı orta yaş qrupu təşkil edirdi.
İctimai Birliyin sədri Natəvan Əliyeva bildirib ki, layihənin məqsədi ailələrdə yaranan problemləri araşdırmaq və onları aradan qaldırmaqda yardımçı olmaqdır.
Tədbir iştirakçıları çox həvəslə mövzunun müzakirəsinə qatılırdı. Valideynlər bu mövzuda qaranlıq qalan məsələləri layihə rəhbəri və psixoloqla bölüşürdülər.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.