Yunanıstanlı nazirin Ərdoğana baş əyməsi ölkədə sərt reaksiyalara səbəb oldu - VİDEO

Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritisin prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstan prezidentlik binasına daxil olarkən ona baş əyməsi ölkədə böyük reaksiyaya səbəb olub.

Sabahinfo.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin dəvəti ilə 6 ildən sonra ilk dəfə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün bu gün Yunanıstana gedib. Səfər zamanı Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritisin prezident Ərdoğana baş əyərək salam verməsi ölkədə böyük müzakirələrə səbəb olub.

Ərdoğan, Mitsotakis ilə görüşdən əvvəl Yunanıstan Prezidenti Katerina Sakelaropulu tərəfindən Prezidentlik Mərkəzində rəsmi mərasimlə qarşılanıb. Ərdoğan Yunanıstan prezidentlik binasına daxil olarkən Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritisin baş əyməsi diqqətdən yayınmayıb. Nazirin bu hərəkəti Yunanıstan ictimaiyyətində böyük səs-küyə səbəb olub. Bəzi yunanlar nazirlərinin davranışına sərt reaksiya veriblər