Zemfira Əliyeva  Prezidentin işdən qovduğu məmuru AZƏRSU-da işə gitirir

İşində yol verdiyi nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə, Cənab Prezident İlham Əliyev tərəfindən işdən azad olunan mədəniyyət nazirinin eks birinci müavini Elnur Əliyevlə bağlı SABAHİNFO,AZ saytına məlumat daxil olub.  Daxil olan məlumata görə,  Elnur Əliyev işdən azad olunandan sonra AZƏRSU ASC-də vəzifəyə gətirilir. Ona bu işdə qeyri-rəsmi münasibətdə olduğu  Zemfira Hüseynbəyli dəstək olacaq.  Qeyd edək ki, bir müddət ulduzu Elnur Əliyev vasitəsi ilə parlayan Zemfira Hüseynbəyli hazırda AZƏRSU ASC-də yüksək vəzifədə çalışır. İş orasındadır ki, E.Əliyev vəzifədə olduğu müddətdə hər zaman Zemfira Hüseynbəylini öz "qanadları" altına alıb. 

P.S. Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.