"Ronaldu fərqlənə bilmədiyinə görə..."

"Ronaldu "Qızıl top"a tam layiqdir. Təkcə fərdi baxımdan deyil, həm də kollektivə faydasına görə". sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan ulduz futbolçu haqqında suala cavab verərkən qeyd edib. Fransalı mütəxəsis onun qol kasadlığına da toxunub.

"O, bilir ki, nail olduğu uğurlar gərgin əmək və komanda yoldaşlarının işinin nəticəsidir. Ronaldu fərqlənə bilmədiyinə görə əsəbləşir, amma ciddi narahatlığa əsas yoxdur. O, hər dəfə qol vura bilməyəndə ajoitaj yaranır. Amma buna alışmalıdır".

"Qızıl top"un üçqat qalibi Ronaldu mükafata bu il də real namizəddir. O, "Real"la Çempionlar Liqası və UEFA Superkuboku, Portuqaliya millisi ilə Avropa çempionatının qalibi olub.