Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırır. Bəs əslində məsələ necədir?
"Sabahinfo"“Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Xəzər Xəbər”in əməkdaşları videonun çəkildiyi 59 saylı tam orta məktəbdə olublar.
Məlumata görə, görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb.
Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.