Sabah türk lirəsi ilə bağlı kritik qərar açıqlanacaq

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırandan sonra Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, dekabrın 20-də keçiriləcək iclasında qəbul olunacaq qərar maliyyə bazarlarının diqqət mərkəzindədir. 

sabahinfo.Az-ın məlumatına görə, "Report”un "Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, maliyyə bazarları TCMB-nin uçot dərəcəsini 0,25 faiz bəndi, faiz dəhlizinin üst həddini isə 0,5 faiz bəndi artıracağını proqnozlaşdırır. 

Lakin Mərkəzi Bankın faizləri sabit tutaraq maliyyə bazarlarının reaksiyasını yoxlayacağı fikrini də irəli sürən analitiklər az deyil. Xatırladaq ki, uçot dərəcəsi faizi dedikdə, Türkiyədə 1 həftəlik REPO faizləri əsas götürülür.

Qeyd edək ki, bu, TCMB-nin 2016-cı ildə sonuncu iclası olacaq. Noyabrın 24-də keçirilən əvvəlki iclasda TCMB faiz dəhlizinin üst həddini 0,25 faiz bəndi artıraraq 8,5%-ə, uçot dərəcəsi və ya 7 günlük REPO faizlərini isə 0,5 faiz bəndi artıraraq 8%-yüksəldib.

"Report”un analitik qrupu TCMB-nin sabahkı iclasda faizləri artıracağı təqdirdə, dolların məzənnəsinin 3,40 TRY/USD-yə qədər geriləyəcəyini bildirir. 

Əks halda, dolların məzənnəsi tarixi rekord səviyyə olan 3,60 TRY/USD-ni keçə bilər. Belə ki, növbəti iclasın nə vaxt keçiriləcəyi ilə bağlı məlumat yoxdur.

TCMB-nin pul siyasəti iclaslarının 2017-ci ildən etibarən ildə 8 dəfə keçirilməsini nəzərdə tutan dəyişiklik dekabrın 16-da parlamentə təqdim edilib. Buna qədər TCMB pul siyasəti iclaslarını ayda bir dəfə keçirirdi.