"Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsinin yekun konfransı keçirilib

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsinin yekun konfransı keçirildi.Konfransda ictimaiyyət nümayəndələri, təhsil işçiləri, valideyn və şagirdlər iştirak edirdi. 

 

Öncə məktəblilərin mövzu ətrafında təşkil etdikləri rəsm əl işləri nümayiş olundu.Layihənin fəaliyyət planına uygun görülmüş işlərlə baglı layihə rəhbəri Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova çıxış edərək ictimaiyyətə hesabat verdi.Sonra layihə çərçivəsində görülmüş işləri əks etdirən sisial-çarx və fəaliyyət planına uygun olaraq " Mənim arzularım var" qısametrajlı filmin təqdimatı keçirildi.Film izləndikdən sonra çıxışlara yer verildi.Gəncə Dövlət Universitetinin dosenti Arifə Əhmədli,Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova,Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev,qabaqcıl təhsil işçisi Bəsdi Mahmudova və valideynlər çıxış etdilər.Layihənin icrası yüksək qiymətləndirilərək maraqla qarşılandı.

 

Tədbirin sonunda həm layihə müddəti,həm də  qısametrajlı filmin çəkilişi zamanı aktivlik nümayiş etdirən məktəblilər fəxri fərmanlarla təltif olundular.