Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov Biləcəri qəsəbəsinin T. Yaqubov küçəsində partiya fəalları ilə görüşüb. Görüşdə şagird sıxlığını nəzərə alaraq 298 saylı məktəbdə yeni korpusun tikilməsi, qəsəbə yollarının asfatlanması, 91,92,202 saylı marşrut avtobuslarının yenilənməsi və interval tezliyinin sürətlənməsi məsələlərinə toxunulub. Partiya fəallarının qaldırdığı məsələlərin bir qismi qanunamüvafiq şəkildə həll edilmiş, digər problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür. Görüşdə iştirak edən partiya fəalları və sakinlər görüşün təşkilini yüksək qiymətləndirmiş və belə görüşlərin davamlı olmasını arzulamışlar.