TAP-ın Albaniyada aparılan tikintisi hansı mərhələdədir?

Transadriatik boru kəmərinin (TAP) tikintisi çərçivəsində Albaniyada keçid yol və körpülərin inşasının birinci mərhələsi başa çatıb.

Sabahinfo.Az bildirir ki, bu barədə Trend TAP konsorsiumuna istinadən məlumat verir.

Layihəyə 58 kilometrə yaxın keçid yolunun, iki yeni yolun tikintisi və 40 körpünün rekonstruksiyası daxildir. Layihənin ikinci mərhələsində 120 kilometrlik yolun bərpası nəzərdə tutulur.

Qeyd edək ki, 6,2 milyard dollar dəyəri olan TAP qaz boru kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP layihəsilə ilə birləşəcək.