İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Biz demarkasiya komissiyalarının iclasında Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq.

Sabahinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani açıqlayıb. 

"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində göstərdiyi, sərhəd problemlərinin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirmək lazımdır", - deyə dipllomat qeyd edib. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Ermənistan və Azərbaycan sərhədində iki ölkənin dövlət sərhədinin demarkasiyası üzrə komissiyaların səkkizinci iclası keçirilib. İclasda Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması ilə bağlı razılıq əldə olunub.