İranlı tələbələr öz yoldaşlarına ÇAĞIRIŞ ETDİ - VİDEO

İranın Punək qəsəbəsində yerləşən Azad Universitetinin tələbələri etiraz aksiyası keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, tələbələr ölkə üzrə bütün tələbələri onlara qoşulmağa səsləyən şüar səsləndiriblər:

“Dəstək ver, dəstək ver, ey qeyrətli öyrənci!”

Nəticədə Azad Universitetinin Cənubi Tehran filialının etirazçı tələbələrinə qarşı repressiv hökumət qüvvələri zorakılıq ediblər.