Kitabxanaya hədiyyə olunan kitablar haqqında videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 45 illik yubileyi ilə əlaqədar “Kitabxanaya kitab hədiyyə edirik” davamlı layihəsi çərçivəsində hazırlanan silsilə videoçarxlar izləyicilərə təqdim edilir. 

Növbəti videoçarxada M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü Zöhrə Əsgərova, tanınmış politoloq, publisist Reyhan Mirzəzadə, yazıçı və tədqiqatçı Əli Polad, AYB-nin və AJB-nin üzvü Hacı Tofiq Seyidzadə, şair, publisist, AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızı, şair-esseist, publisist Şahnaz Şahin, AYB-nin və AJB-nin üzvü, şair Zeynəb Cəmaləddin, Təbrizdən olan tədqiqatçı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin doktorantı Hədyə Zəhra Əhmədi haqqında məlumat verilir. Videoçarxda müəlliflərin kitabxanaya hədiyyə etdikləri kitablar nümayiş olunur.
 

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib: