Layihə çərçivəsində növbəti tədbir Sankt-Peterburqda keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və 2024 cü il ücün elan olunuş kicik qrant müsabiqəsinin qalibi kimi “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyi və Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Regional “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi İctimai Təşkilatı ilə birgə“Etno-Milli-Mədəni İcmaların Dövlət Orqanları ilə Münasibətlərinin Qarşılıqlı Əlaqəsi”adlı layihə cərcivəsində tədbir təşkil olunmuşdır.Tədbiri giriş sözü ilə acan, Sankt-Peterburq şəhəri Regional “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi İctimai Təşkilatının rəhbəri Xeyransa xanım Mirzəyeva gələn qonaqları tədbirin mövzusu və bu tədbirin ideya müəllifi olan “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə ilə tanış etdi. Deyildi ki, Tofiq Əli-zadə artıq 5 ildir ki, bizim təşkilatla əlaqələr saxlayır və müxtəlif mövzularla birgə tədbirlər hazırlayırıq. Xeyransa xanım onu da əlavə etdi ki, Tofiq Əli-zadənin təqdim etdiyi layihənin mövzusu, Azərbaycanın milli maraqları baxımından xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin tənzimlənmələri istiqamətlərində mühüm işlərin,baxımından cox vacibdir.Daha sonra cıxış ücün söz, layihə rəhbəri olan Tofiq Əli-zadəyə verildi. Tofiq müəllim tədbirdə iştirak edən qonaqları nəzərə alaraq. rus dilində cıxış edərək, soydaşlaımızı və qonaqları salamlayaraq söylədi ki, Rusiya-Azərbaycan dostluq, qardaşlıq münasibətləri ildən–ilə artmaqdadır.Rusiyada Azərbyacanlılar əsasən də, Sankt-Peterbuq şəhərində özlərini cox rahat hiss edir ,ölkənin ictimai həyatın aktiv iştirak edirlər. Tofq Əli-zadə dedi ki, Rusiyada olan Azərbaycan icmaları və soydaşlarımızın daha aktıv calışmaları, bu gün ücün cox vacibdir.Cünki bu gün verilən məlumatlara görə, Sankt-Peterbuq şəhərində 450 minə yaxın Azərbaycanlılar bu ölkənin tam hüquqlu vətəndaşları olaraq sərbəst şəkildə yaşamaqdadır. Deyildi ki, Rusiyadakı Azərbaycan mədəniyyət mərkəzlərimizin və ictimai birliklərimzin muasir tələblərə uygun formalaşması sahəsində mühüm işlərin görülməlidir. Xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzlərimzin yenidən proqram şəkilində formalaşmaları,intekrasiya, və soydaşlarımızın həmrəyliklərinin təşkili məsələləri,həm də Azərbaycan ücün cox vacib məsələlərindəndir.Daha sonra Tofiq müəllim bu şəhərdə uzun illər yaşayan soydaşımız, Adil Quliyev haqqında danışarkən bildirdi ki. Adil nüəllim öz şəxsi vəsaiti hesabina rus dilində Xocalı həqiqətləri və Qarbag qazilərimiz haqqnda romanlar yazıb cap etdirmişdir. Bu görə də, Tofiq müəllim ona minnətdarlıq edərək bildirdi ki, hər bir soydaşımız Azərbaycan həqiqətlərinin təbliğatı sahəsində əlindən gələni etməlidir. Sonra cıxış edən, Sankt-Peterbuq şəhərində Beynəlxalq kommunikasiyalar, slavyan ənənələri üzrə mütəxəssis, fəlsəfə elmləri namizədi, dosent Aleksandra Kartseva və Sankt-Peterbuq şəhəri Beynəlxalq Əlaqələr assosiyasının idarə heyyətinin sədri, Marqarita Mudrak, Rus xalqı ilə, Azərbaycan xalqlarının tarixi dostluq əlaqələrindən danışaraq bildirdilər ki. Rusiya Federasiyasında daima yaşayan Azərbaycanlılar ölkəmizin tam hüquqlu vətəndaşları olaraq, ictimai- siyasi mədəni həyatımızda cox yaxından iştirak edirlər. Daha sonra bu şəhərdə yaşayan ziyalı alimlərimizdən Zeynalov İsa, Əsədov Babək,soydaşlarımız Abbasova Ülviyyə, Musayeva Aytən, gənclərimizdən Cavid Abbasov Azərbyacanı bu ölkədə layiqli təmsil etdiklərinindən danışdılar. Sonda Xeyransa Mirzəyeva Tofiq Əli-zadəni “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi İctimai Təşkilatının fəxri fərmanı ilə təltif etdi.