Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Parlamenti Məclisinin sədri ilə görüşüb

İyunun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkmənistan Milli Qenqeşi(parlament) Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb.

Sahibə Qafarova qonağı salamlayaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştiraka görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” kimi aktual mövzuya həsr olunub.