Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev COP28-in prezidenti Sultan Əl-Cabirlə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə COP28-in rəsmi "X" hesabında məlumat verilib.
Bildirilib ki, Dünya Hökumətləri Sammiti çərçivəsində keçirilən görüşdə tərəflər COP29-la bağlı əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, Muxtar Babayev "Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti" mövzusu ilə bağlı müzakirələrdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.