"Naxçıvan Könüllülərinin Birlik Həftəsi"nə start verilib

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən "Naxçıvan Könüllülərinin Birlik Həftəsi"nə start verilib

Həftə çərçivəsində TARİXİMİZ adı altında baş tutan ilk aksiya gənclərin vətənə, milli-mənəvi dəyərlərimizə və tariximizə bağlılıqlarını nümayiş etdirmələri üçün keçirilir.

Aksiya çərçivəsində bu gün könüllülər Heydər Əliyev muzeyi və Naxçıvan şəhərindəki digər bir sıra muzeyləri ziyarət ediblər.

Qeyd edək ki, həftə ərzində "Könüllülərin Dostluq Kuboku" uğrunda intellektual oyun təşkil olunacaq, həmçinin ətraf mühitin sağlamlaşdırılması, göl və çay sahələrinin tullantılardan təmizlənməsi məqsədilə “Təbiətimiz” ekoloji aksiyası təşkil ediləcək. Bütün Naxçıvan könüllülərini əhatə edəcək “Könüllülük Həftəsi”nin sonunda könüllülər il ərzindəki fəaliyyətlərinə görə mükafatlandırılacaq.

Elnarə Həziyeva 
SABAHİNFO.AZ