Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 200 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 105, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 964 544, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 541, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 446 pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 212 təşkil edir.