Ramiz Mehdiyev AMEA-nın yığıncağına qatılmaqdan İMTİNA ETDİ

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir və ora prezident seçilir.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən  AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev bildirib ki, o AMEA-nın ümumi yığıncağına qatılmayacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvü olduğuna görə, sözügedən yığıncaqda iştirak etməli idi. Lakin o, bu yığıncağa qatılmaqdan imtina edib.