Səudiyyə Ərəbistanı peyvənd olunmuş zəvvarlara Həccə getməyə icazə verəcək

Səudiyyə Ərəbistanı koronavirusa qarşı peyvənd olunmuş zəvvarlara Ramazan ayında Həcc ziyarətinə getməyə icazə verəcək.

Trend-in "Əl-Ərəbiyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Həcc ziyarətinə getmək üçün icazə almaq istəyənlər peyvəndin hər iki dozasını almış olmalıdırlar.