Sülh və təhlükəsizliyin rolunun artırılmasında IX Qlobal Bakı Forumunun müstəsna əhəmiyyəti var

IX Qlobal Bakı Forumu öz mötəbərliyinə və müzakirə olunan mövzuların aktuallığına görə seçilir. Forumda dünyanın 50-dən çox ölkəsindən olan nümayəndələrin iştirak etməsi, bununla yanaşı ictimai və ictimai xadimlərin iştirakı əhəmiyyətlidir. Artıq ənənə halını alan Foruma beynəlxalq ictimayyətin də yetərincə diqqəti var. Hətta bir sıra ekspertlər Bakı Forumunu Davos Forumu ilə müqayisə edirlər.

Qlobal dünyanı ciddi narahat edən məsələlər arasında sülh və təhlükəsizlik məsələləri, ərzaq çatışmamazlığı və digər ekoloji məsələlər yer alır. Forumun zəngin gündəliyinə nəzər salanda da bu kimi məsələlərin masaya yatırıldığı, mövcud problemlərlə bağlı vahid mövqedən çıxış etməyin zəruriliyi qeyd olunur və bu istiqamətdə əməli addımlar atılır.
Cənab Prezident İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər” mövzusunda çıxışı zamanı bir sıra məqamlara toxunması, qarşıdakı müddət üçün yol xətirəsidir. Cənab Prezident İlham Əliyevin yürütdüyü beynəlxalq siyasət Azərbaycanın sülh və təhlükəsizlikdə, eləcə də dünyanı narahat edən məsələlərin müzakirəsində etibarlı tərəfdaş olmaqla yanaşı bu kimi məsələlərin müzakirə mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Dövlət başçısı “Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək… Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq”- fikirləri ilə bir daha Azərbaycanın dünyaya ərməğan etdiyi həmrəylik forumunun əhəmiyyətini vurğulamaqla yanaşı, dünyanın qlobal məsələlərində Azərbaycanın yeri və rolunu göstərdi.
Fundamental dəyişiklərin baş verdiyi dünyamızda baş verən münaqişələr açıq müstəvidə müzakirələrin aparılmasını zəruri edib. Cənab Prezidentin bu yöndə fikirləri də olduqca əhəmiyyətlidir. Regionun gələcək taleyinə toxunan dövlət başçısı regionda təhlükəsizlik üçün sülhün vacibliyini bildirdi. Dövlət başçısının sözlərinə görə, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsini nadir hadisədir: “Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”.
Uğurla həyata keçirilən enerji siyasəti Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu ortaya qoyur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın getdikcə artan rolu bir daha onu deməyə əsas verir ki, dünya enerji bazarında və enerji siyasətində enerji resurslarından səmərəli istifadə dialoqu zəruri edir. Bu kimi Forumların keçirilməsi isə ümumilikdə dünyamızı gözləyən problemlərin həllində müstəsna rola malikdir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının məsul Əməkdaşı